Sifariş vermək üçün  Zəng edə bilərsiniz : +994 50 591 98 91

Xidmətlərin məqsədi

Son illər fermer və sahibkarlar əvvəlki inzibati idarəetmə üsullarından fərqli olaraq daha çox sərbəst fəaliyyət göstərirlər. Lakin aqrotexniki üsullarla bağlı biliklərinin lazımi səviyyədə olmaması onların formalaşmasına mane olduğundan bazar iqtisadiyyatının tələblərinə uyğun istehsalın sərbəst idarə edilməsində çətinlik çəkirlər. Onlara torpağın becərilməsi, əkilməsi, münbitləşdirilməsi, suvarılması və digər istiqamətlərdə məsləhət və xidmətlərin göstərilməsinə zərurət yaranmışdır. Bu tələblərə uyğun olaraq respublikamızda fəaliyyət göstərən fermer və sahibkarların ehtiyaclarını təmin edən effektiv aqroservis xidmətinin yaradılmasına ehtiyac vardır.

 Məsləhətlərin kataloqu

  • Sortlara tələb.

Tumlu meyvə bitkilərinin cins və sortları seçilərkən, onların yetişmə müddəti, istifadəsi və saxlanma xarakteri üzrə məsləhət.

  • Məhsulun eyni vaxtda yetişməsi.

Məhsulun eyni vaxta yetişməsi onun yığımını çətinləşdirir və itkiyə səbəb olur. Bu məqsədlə bitkilərin yetişmə vaxtlarına görə qruplaşdırılmasına dair məsləhət.

  • Xəstəliklərin təyin edilməsi.

Xəstəliklərin təyin edilməsi və mübarizə tədbirləri üzrə məsləhət.

  • Zərərvericilərə qarşı mübarizənin təşkili.

Zərərvericilərə qarşı mübarizənin təşkil edilməsi üzrə məsləhət.

  • Torpaqların gübrələnmə.

Torpağa gübrə tətbiqi üçün tövsiyələrin verilməsi.

  • Torpağın yaxşılaşdırılması.

Torpağın yaxşılaşdırılması üçün məsləhət.

  • Yeni bağ əkilməsi.

Yeni bağ əkilməsi üçün məsləhət.

Xidmətlərin kataloqu

  • Bağların aqrotexniki xəritəsinin hazırlanması.
  • Yeni bağların salınması.
  • Bar verən bağlara aqrotexniki xidmətin kompleks şəkildə aparılması:
  • Sahənin birinci və ikinci dəfə şumlanması;
  • Cərgəarası kultivasiyanın aparılması;
  • Mineral və üzvi gübrələrin verilməsi;
  • Suvarılması;
  • Alaq otlarına qarşı mübarizənin aparılması;
  • Xəstəlik və zərərvericilərə qarşı kimyəvi mübarizənin aparılması.
    • Bioloji yaş dövrünü başa vurmuş meyvə bağının çıxarılması və şumlanması.
    • Əkin vaxtının təyin edilməsi.
    • Bağın salınması.

    Sahədə bağ salmaq məqsədi ilə ölçü işləri aparılır, sərnələr ayrılır və plan əsasında bölgü aparılıb çalalar qazılır.

    • Gübrələmə.

    Hər bir meyvə bağına tətbiq olunacaq gübrə norması torpağın qida elementləri ilə təmin olunma dərəcəsindən, cərgəaralarında torpağın saxlanma sistemindən, torpağın rütubətliyindən, becərilən sortun bioloji xüsusiyyətlərindən, əkin sxemindən və planlaşdırılan meyvə məhsulunun miqdarından asılı olaraq seçilir.

    • Meyvə bitkilərinin qida elementləri ilə təmin olunmasına nəzarət.

    Hər bir bağ üçün 4-5 ildə bir dəfə torpaq və yarpaq analizlərinin aparılması ilə həyata keçirilir.

    • Formavermə və budama.

    Budama meyvə bitkilərinin boy, inkişaf və məhsuldarlığını tənzimləmək məqsədilə aparılır. Budama əsasən, bitkilərin boy və inkişafının stimullaşdırılmasına, ağacın çətirinə müəyyən quruluş verilməsinə, çətirin yan ölçülərinin məhdudlaşdırılmasına, bitkinin işıq və havalanma rejiminin nizamlanmasına xidmət edir. Budama zamanı bitkinin bioloji özünəməxsusluğu, sort xüsusiyyətləri, ağacların yaşı, çətirin forması, budaqlama tipi və s. nəzərə alınmalıdır.

    • Xəstəliklərə qarşı mübarizə.

    Azərbaycanda tumlu meyvə bitkilərində dəmgil, qara xərçəng, pas, septorioz, unlu şeh, bakterial xərçəng, ateş yanıqlığı və s. xəstəliklər geniş yayılmışdır. Xəstəliklərlə mübarizə məqsədi ilə aqrotexniki tədbirlər tam yerinə yetirilməli, budama vaxtında aparılmalı, vegetasiya dövrünün sonunda xəstəliyə yoluxmuş bitki qalıqları sahədən kənarlaşdırılaraq məhv edilməlidir.

    Zərərvericilərə qarşı mübarizə. Tumlu meyvə bitkilərinin əsas zərərvericiləri olan alma meyvəyeyəni, alma güvəsi, mənənələr, kaliforniya yastıcası və s. qarşı aqrotexniki və kimyəvi mübarizə tədbirlərinin aparılması zəruridir.

    Landşaft dizaynı və dekorativ bitkilərin əkilməsi.