Sifariş vermək üçün  Zəng edə bilərsiniz : +994 50 591 98 91

  • Showing all 6 results

BA 29 Mənşəyi: Fransada seleksiya yolu ilə əldə edilmiş heyva mənşəli calaqaltı olub, bir çox armud sortlarının əsas calaqaltısıdır. Calaqaltının özəlliyi: Yaşıl çiliklə çoxaldılır. Münbit torpaqlarda, xüsusilə karbonatların miqdarı 7%-dən çox olmayan sahələrdə yaxşı inkişaf edir. Armudun Quince A calaqaltısına nisbətən daha qüvvətlidir Yarpağı: uzunsov formalı, ayası yaşıl rəngli Qida sahəsi: 4 m x 1,2 m yaxud 4 m x 1,5 m Məhsuldarlığı: Almanın M9 calaqaltısına nisbətən məhsula gec düşməsinə baxmayaraq, yüksək məhsuldarlığa malikdir

GARNEM (GxN) Calaqaltının özəlliyi: Kök sistemi saçaqlı olub, müxtəlif torpaq tiplərində yaxşı inkişaf edir. Bu calaqaltı, generativ calaqaltıların 50-60%-nə yaxın ağaclar əmələ gətirir. Quraqlığa davamlığı zəifdir. Şaftalı və badam üçün ideal calaqaltıdır. Yarpağı: uzunsov formalı, ayası yaşıl-bənövşəyi rənglidir Məhsuldarlığı: 4-5 yaşdan başlamış 25-30 il müntəzəm olaraq məhsul vermə qabiliyyətinə malikdir.

GF 677 Mənşəyi: Fransanın INRA Elmi-Tədqiqat İnstitutunda şaftalı x badam bitkilərinin hibridləşməsi nəticəsində əldə edilmişdir. Calaqaltının özəlliyi: Yüksək karbonatlı və məhdud suvarma şəraitinə malik torpaqlarda şaftalı və badam bitkiləri üçün ideal bir calaqaltıdır. Qələm və yaşıl çiliklə çoxaltma həddindən artıq çətin olduğu üçün ən uyğun çoxaltma metodu mikroklonal çoxaltmadır. Məhsuldarlığı: GF 677 calaqaltısı üzərinə calaq edilmiş bütün şaftalı, nektarin və badam sortları yüksək məhsuldarlığa malikdir.

M 9 Mənşəyi: Fransada hündürboylu calaqaltı olaraq aşkar olunmuş, daha sonralar İngiltərədə İst Mollinq İnstitutu tərəfindən qeydiyyatdan keçmişdir. Calaqaltının özəlliyi: anaclıq sahədə şaxəli kol əmələ gətirir. Standart pöhrə çıxımı yüksəkdir. Budaqlar sarı-qəhvəyi, aşağı hissəsi yaşıl Yarpağı: yumurta formalı, kənarları dişli və uc hissədən dartılmış olur. Yarpaq ayası yaşıl rəngli, parıltılı, üzəri xırda tükcüklü Məhsuldarlığı: 2-3 yaşlarda hektardan 500-1500 kq, 5-6 yaşlarda 10-12 ton, 7-8 yaşlarında isə 25-30 ton məhsul almaq mümkündür

MaxMa14 Mənşəyi: ABŞ-da seleksiya yolu ilə yaradılmışdır. Mazard x Mahalep sortlarının hibridləşməsindən əldə edilmiş yarım karlik olub, Mazard və Mahalep calaqaltılarının əsas xüsusiyyətlərini daşıyır. Calaqaltının özəlliyi: Standart pöhrə çıxımı yüksəkdir. Meyvənin ölçü və keyfiyyətinə müsbət təsir göstərir.Yarpağı: yumurta formalı, ayası tünd yaşıl rəngli Məhsuldarlığı: Tez məhsula düşür

MM 106 Mənşəyi: İst Mollinq Təcrübə Stansiyasında Northern Spy x M1calaqaltısının hibridləşməsi nəticəsində əldə edilmişdir. Calaqaltının özəlliyi: Kök sistemi saçaqlı olub, müxtəlif torpaq tiplərində yaxşı inkişaf edir. Bu calaqaltı, generativ calaqaltıların 50-60%-nə yaxın ağaclar əmələ gətirir. Yarpağı: yumurta formalı, ayası yaşıl rəngli, parıltılı. Məhsuldarlığı: 4-5 yaşdan başlamış 25-30 il müntəzəm olaraq məhsul vermə qabiliyyətinə malikdir.