Sifariş vermək üçün  Zəng edə bilərsiniz : +994 50 591 98 91

  • Showing all 6 results

Azerbaijan

Ağacın (kolun) özəlliyi: Hündürlüyü 3 m, çətiri qollu-budaqlı, az tikanlı
Meyvənin özəlliyi: Yumru, açıq qırmızı rəngli, qabığı nazik. Dənələri orta irilikdə, tünd albalı rəngli. Şirə çıxımı 50 %. Dadı turşa-şirin, xoşagələndir. Çəkisi 400-500 q.
Yığım vaxtı: Oktyabr ayının sonu
Saxlama müddəti: 5 ay
Nəqliyyata davamlılığı: Yaxşı
Tozlayıcıları: Qırmızı gülöyşə, Vələs, Balamürsəl

Balamursel

Ağacın (kolun) özəlliyi: Hündürlüyü 4-5 m, çətiri geniş, qollu-budaqlı, az tikanlıdır
Meyvənin özəlliyi: Yumru, parlaq moruğu rəngli, qabığı qalın. Dənələri iri, açıq qırmızı rəngli. Şirə çıxımı 54-55 %. Dadı turşa-şirin, xoşagələndir. Çəkisi 400-500 q.
Yığım vaxtı: Oktyabr ayının sonu
Saxlama müddəti: 3-4 ay
Nəqliyyata davamlılığı: Yaxşı
Tozlayıcıları: Qırmızı gülöyşə, Vələs, Azərbaycan

Pink Guleysha

Ağacın (kolun) özəlliyi: Hündürlüyü 3-3.5 m, çətiri qollu-budaqlıdır
Meyvənin özəlliyi: Yumru, parlaq açıq çəhrayı rəngli, qabığı nazik. Dənələri orta irilikdə, açıq qırmızı rənglidir.Şirə çıxımı 54 %. Dadı turşa-şirin, xoşagələn, çox ləzzətlidir.Çəkisi 200-250 q.
Yığım vaxtı: Oktyabr ayı
Saxlama müddəti: 2-3 ay
Nəqliyyata davamlılığı: Davamsızdır
Tozlayıcıları: Qırmızı gülöyşə, Azərbaycan, Balamürsə

Red Guleysha

Ağacın (kolun) özəlliyi: Hündürlüyü 3 m, çətiri qollu-budaqlıdır
Meyvənin özəlliyi: Yumru, parlaq qırmızı rəngli, qabığı nazik. Dənələri iri, qırmızı rənglidir. Şirə çıxımı 53-55 %. Dadı turşa-şirin, xoşagələndir. Çəkisi 300-400 q.
Yığım vaxtı: Oktyabr ayı
Saxlama müddəti: 2-3 ay
Nəqliyyata davamlılığı: Yaxşı
Tozlayıcıları: Çəhrayı gülöyşə, Azərbaycan, Balamürsəl

Veles

Ağacın (kolun) özəlliyi: Hündürlüyü 4-5 m, çətiri geniş, qollu-budaqlıdır
Meyvənin özəlliyi: Yumru, parlaq tünd qırmızı rəngli, qabığı qalın. Dənələri iri, qırmızı rəngli. Şirə çıxımı 54-56 %. Dadı turşa-şirin, xoşagələndir. Çəkisi 550-600 q.
Yığım vaxtı: Oktyabr ayının sonu
Saxlama müddəti: 3-4 ay
Nəqliyyata davamlılığı: Yaxşı
Tozlayıcıları: Çəhrayı gülöyşə, Yaxşılaşdırılmış kazake, Balamürsəl