Sifariş vermək üçün  Zəng edə bilərsiniz : +994 50 591 98 91

Parlar Ting A.T MMC şirkəti Azərbaycanda müasir texnologiyalar əsasında meyvə tinglərinin istehsalı və onların satışı ilə məşğul olur. Şirkətimiz müasir meyvə bağlarının salınması, salınmış yeni bağların xarici çeşid tinglər ilə təchiz edilməsini təşkil edir. Şirkət 2010-cu ildən fəaliyyət göstərir. Artıq neçə ildir ki, şirkətimiz Quba və Balakən rayonlarında öz fəaliyyətini davam etdirir.

İllər boyunca öz fəaliyyətini qüsursuzca davam etdirən Parlar Ting A.T MMC şirkətinin əsas məqsədi ölkə daxilində tingçilik ənənələrinin inkişafı və bu ənənələrin Avropa standartlarına uyğunlaşmasıdır. Məhz bu səbəbdən şirkətimiz tərəfindən Avropa standartlarına cavab verən, yüksək keyfiyyətli, xəstəlik və viruslardan azad meyvə tingləri yetişdirilir. Eyni zamanda şirkətin digər məqsədi, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafına müsbət töhvələr vermək, bu inkişaf prossesində, dünyada inkişaf edən və yenilənən texnika və metodları təqib edərək ölkə daxilində onları tədbiq etməkdir.
Şirkətimiz təkcə ölkə daxilinə deyil, eləcə də, Özbəkistan, Rusiya, Qazaxıstan kimi ölkələrə öz mallarını ixrac edir.

MEYVƏÇİLİK VƏ ÇAYÇILIQ ELMİ-TƏDQİQAT İNSTİTUTU
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu 90 ildən çoxdur ki, fəaliyyət göstərir. Bu müddətdə institut meyvəçiliyin, o cümlədən subtropik bitkilər və çayçılığın daha mükəmməl elmi əsaslarını işləyib hazırlamaq, tumlu, çəyirdəkli, qərzəkli subtropik meyvə bitkilərinin yüksək məhsuldar, tez bara düşən, ilaşırı məhsulvermə qabiliyyəti olmayan, ətraf mühitin mənfi amilləri kompleksinə davamlı, çayın yüksək zoğvermə xüsusiyyətlərinə malik yeni məhsuldar sortlarını yaratmaq və seçmək, onların genefondunu zənginləşdirmək, habelə meyvə bağı və çay plantasiyalarının zərərli orqanizmləri əleyhinə mübarizədə bioloji və aqrotexniki metodlardan istifadəyə üstünlük verməklə, azaldılmış kimyəvi (inteqrir) mübarizə tədbirləri sistemlərinin işlənib hazırlanması və təkmilləşdirilməsi, meyvə bitkiləri tinglərinin və çay əkin materialının istehsalı texnologiyalarını yeni paramentlərlə zənginləşdirməklə yaxşılaşdırmaq, meyvəçilik və çayçılıq kənd təsərrüfatı istehsalı sahələrinin inkişafına bioloji, fizioloji, aqrokimyəvi, biokimyəvi və s. elmi-tədqiqatlarla müasir səviyyədə təşkil etmək, istehsal olunmuş meyvə və çay xammallarının avropa standartları səviyyəsində emalı texnologiyalarının və tullantısız emalı məsələlərinin həllinə nail olmaq istiqamətində elmi-tədqiqat işlərini həyata keçirmişdir.