Sifariş vermək üçün  Zəng edə bilərsiniz : +994 50 591 98 91

Alma — Azərbaycanda almanın üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort alma iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur.

Almanın tərkibində 5-24 %-ə qədər şəkər, 1,3 %-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları vardır. Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir. Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək damar sistemi üçün çox faydalıdır.

Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır. Bu məhsulların çox böyük müalicəvi əhəmiyyəti vardır. Almanın və ondan hazırlanan müxtəlif konserv məhsullarının ürək zəifliyinə, qanazlığına, xroniki mədə-bağırsaq xəstəliklərinə, eləcə də vitamin azlığına çox yaxşı müalicəvi təsiri olur.

Ətraflı: Oxuyun

Armud ağ çiçəkli bir ağacın yumşaq, sulu və şirin meyvəsidir. Armud sarı-yaşıl arası rənglərdə, lifli, həzmi asan və mineral baxımından olduqca zəngin bir meyvədir.

Vətəni Çindir. Hünd. 30 m-ədək, yarpağı tökülən ağac və ya koldur; budaqları bəzən tikanlı olur. Kökü milşəkillidir; torpağın dərinliklərinə gedir. Gövdəsi və budaqları boz və ya qəhvəyi qabıqla örtülüdür. Zoğları çılpaq, bəzən tükcüklüdür. Yarpaqları sadə, bəzi hallarda dilimli, yaxud lələkvarı yarılmış olur. Çiçəkləri ikicinsiyyətli, ağ və ya çəhrayıdır, qalxanvarı çiçək qrupunda 4–15 ədəd çiçək (bəzən tək-tək) yerləşir. Lətli meyvəsi uzunsov, yaxud dəyirmi formadadır, çəkisi 25–300 qr gəlir. Ləti daşlaşmış hüceyrələrdən ibarətdir. Əsasən, avqust–sentyabr aylarında yetişir: Uzunömürlüdür. 4–5 (bəzən 8–10) yaşında meyvə verməyə başlayır. Adi Armud və Qafqaz Armudu 150–300 il, peyvənd edilmiş Armud ağacı isə 50–70 il yaşayır. Avrasiyanın mülayim və subtropik qurşaqlarında 60-adək, Azərb.-da 11 növü məlumdur. Adi, yaxud becərilən Armud (P.communis) və gecyetişən Armud (P.serotina) növləri yayılmışdır. Adi Armudun yarpaq və meyvəsinin rənginə, ölçüsünə, formasına, çiçəklərinin ləçəyinə, yetişmə vaxtına və s. əlamətlərinə görə bir-birindən fərqlənən 10 minə qədər sortu var. Yay Armudu sortlarından Abasbəyi, Vilyams, Klappın sevimlisi; payızlıq sortlardan Bere Bosk, Əhmədqazı, Düşes Anqulem, Jozefina; qış Armudu sortlarından Bere Ardanpon, Pass Krassan, Nararmudu, Küre yetişdirilir. Armud sortları üçün ən yaxşı calaqaltı Armudun yabanı növləri, heyva, yemişan və quşarmududur. Azərb.-dakı Armud sortları, o cümlədən Qafqaz cır Armudu da yabanı Armud növündən alınmışdır. Quraq dağlıq yerlərdə söyüdyarpaq cır Armud (P.passiflora) yaxşı əmələ gəlir. Bu sort da becərilən sortlar üçün yaxşı calaqaltıdır. Becərilən Armudun meyvəsi yabanı Armuddan iri, şirəli və zərif olur. Armud meyvələrinin tərkibində 76–85% su, 10–11% aşı və pektin maddələri, şəkər, C, B, P vitaminləri, A provitamini var. Təzə və qurudulmuş halda yeyilir; mürəbbə, xoşab, şirə, meyvə şərabı, sərinləşdirici içkilər, püre, cem və s. hazırlanır. Oduncağı möhkəm və qiymətlidir; musiqi alətləri çanağının hazırlanmasında, mebel istehsalında, inşaat işlərində istifadə olunur. Zərər vericilər i: armud meyvəyeyəni, armud uzunburunu, armud ballıcası, armud mişarçısı, armud mənənəsi və s. Xəstəlikləri dəmgil, meyvə çürüməsi, armud mozaikası və s.

Ətraflı: Oxuyun

Gilas Azərbaycanda çox geniş yayılmışdır. Meyvələrinin tərkibində aşı maddəsi, şəkər, boyayıcı və pektin maddələri, üzvi turşular, B2, C vitaminləri, eləcə də karotin vardır.

Gilas mədə-bağırsaq, sidik yolları xəstəliklərində, həmçinin iştahartırıcı pəhriz qidası kimi çox xeyirlidir. Gilas və albalı meyvələrindən və onların şirəsindən qaraciyər xəstəliklərinə tutulanlara müalicə məqsədilə vermək zəruridir.

Bu meyvələrdən eyni zamanda xroniki mədə-bağırsaq xəstəliklərində həzm prosesini yaxşılaşdıran və maddələr mübadiləsini tənzim edən vasitə kimi də istifadə etmək faydalıdır.

Gilas insan orqanizminə ürək-damar xəstəliklərinin dərmanı kimi təsir edir, eləcə də damarları təmizləyir. Həkimlər bütün yaş təbəqələrindəki insanlar üçün gilasın xeyirli olduğunu bildirir. Gilasların tərkibində qlükoza və pektin var. Bu da orqanizmdən xolesterini çıxarmağa kömək edir. Gilas əsasən qanazlığı (anemiyadan) və damarların varikoz genişlənməsindən əzab çəkən xəstələr üçün daha xeyirlidir. Çünki onların köməyi ilə orqanizmdə olan artıq maye çıxarılır və damarların divarları bərkiyir.

Ətraflı: Oxuyun